Interposta.Info

Dünyanı qarşıdakı 10 ildə gözləyən təhlükələr

Müxtəlif
 23-02-2018, 09:43     10 460

Süni intellekt texnologiyası günü-gündən inkişaf edir. Bunun müsbət cəhətləri qədər məni tərəfləri də var. Bəs süni intellektin inkişafı hansı problemlərə səbəb ola bilər?

Qaynarinfo xəbər verir ki, süni intellektin verə biləcəyi potensial zərərlərlə bağlı hesabat hazırlanıb. Hesabatda süni intellektin təhlükəsizlik üzərindəki təhdidlərinə diqqət çəkilir.

Raketə çevirilmiş piolsuz uçuş aparatları, ictimaiyyəti manipulyasiya edən saxta videolar və avtomatlaşdırılmış kompyuter oğurluğu... Mütəxəssislərin fikrinxə, bunlar yanlış əllərə keçən süni intellektin yaratdığı təhlükələrdən sadəcə üçüdür.

Hesabatın hazırlanmasında onlarla beynəlxalq təhlükəsizlik mütəxəssis çalışıb. 100 səhifəlik sənəddə süni intellekti hazırlayanların texnologiyanın pis məqsədlər üçün istifadəsinin qarşısını almaq üçün daha çox çalışmalı olmasını tələb edir. Hesabatda hökumətlərin bu yöndə görməli olduğu tədbirlər də qeyd edilir.

Kembric Universitetinin Risk Araşdırma Mərkəzindən Şahar Avin BBC-yə açıqlamasında hesabatda süni intellektin uzaq gələcəyə dair ortaya qoyduğu təhdidlərlə yanaşı, hazırda gətirdiyi və qarşıda kı 5 ildə verə biləcəyi təhdidlərin də dəyərləndirildiyini bildirib.

Süni intellektin narahat edən ən böyük problemlərdən biri rəhbərlik edən vəya bir insan örnəyi olmadan, insandan üstün səviyyədə zəkaya sahib olacaq şəkildə gücə sahib olmasıdır.

Oksford Universitetinin İnsanlığın Gələcəyi İnsitutundan araşdırmacı Miles Brundage "Süni intellekt insanlar, şirkətlər və dövlətlər üçün risklərin böyüklüyünü dəyişdirəcək. Cinayətkarlar aparatları hack etmək və ya şifrələri ələ keçirmək üçün insan səviyyəsində inkişaf etdirilə bilər, izləmək, öldürmək və təzyiq etmək məqsədi ilə istifadə oluna bilər. Süni intellektin təhlükəsizlik üzərində təsiri böyük olacaq. Hack etmə, izləmək, təsir etmək və hədəfi fiziki olaraq məhv etməyin insan səviyyəsindən üstün olması narahat edici məqamdır. İnsan səviyyəsinə çatmamış süni intellektin insanlardan daha artıq inkişaf etdirilməsi də böyük təhlükədir" deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26