Interposta.Info

Bu, insanlığı məhv edəcək –

Müxtəlif
 29-04-2017, 10:57     525

Süni intellektin inkişafı insan sivilizasiyasının məhvinə səbəb ola bilər.

Axar.az xəbər verir ki, bunu Pekində keçirilən Mobil İnternet üzrə Qlobal Konfransda çıxışı zamanı britaniyalı məşhur fizik Stiven Hokinq söyləyib.

“Süni intellekt insanlara böyük xeyir verə bilər, amma bu, insanlığı məhv də edə bilər. Biz gərək süni intellektin yaradacağı təhlükənin mahiyyətini dərk edək. Müasir texnologiyalar insanı təbiətin gücü qarşısında köməksiz qoyur və onun deqradasiyasına səbəb olur. Süni intellekt doğru istifadə ediləcəyi təqdirdə böyük problemlərin həllinə yardım edəcək. Ona görə də hadisələrin yalnız ən pis ssenari istiqamətində irəlləyəcəyini də söyləmək olmaz”, – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26