Interposta.Info

Dünyanın ilk süni intellekt naziri

Dünya
 21-10-2017, 20:24     10 504

Ömər İbin Sultan Əl Olama Birləşmiş Ərəb Əmirliklərində süni intellekt naziri vəzifəsinə təyin edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 27 yaşlı Olamanın təyinatı barədə məlumatı prezident köməkçisi, baş nazir və Dubay əmiri Şeyx Məhəmməd İbin Rəşid Əl Maktum "Twitter" hesabından yazıb. Daha əvvəl baş nazirlikdə gələcək məsələləri üzrə direktor olan nazir yeni vəzifəsində süni intellekt texnologiyası, istifadə yerləri və təhlükəsizliyi kimi mövzular ətrafında çalışacaq. Bu dünyada bu sahə üzrə yaradılmış ilk nazirlikdir.

Qeyd edək, ki BƏƏ ötən günlərdə 2031-ci il süni intellekt strategiyasını paylaşıb. Ölkə 2021-ci ilə qədər kağızla görülən işləri digitallaşdırmağı, 2030-cu ilə qədər əmirliklərdəki əlaqə vasitəsinin 25%-ni avtonomlaşdırmağı, 2050-ci ilə qədər istehsal edilən enerjinin 75%-ni təmiz mənbələrdən əldə etməyi, hətta 2117-ci ildə Marsda koloniya qurmağı hədəfləyir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26