Süni intellekt insanlığa nə verəcək?
Çoxları düşünür ki, gündən-günə inkişaf edən texnologiya ilə birgə həyatımızın hər küncünə daxil olmağı bacaran süni intellekt insanlığın gələcəyini təhlükə altına atır.
"XeberBiz" publika.az-a istinadən xəbər verir ki, elm adamları 20-ci əsrin ortalarından bəri süni intellekt mövzusunda irəliləməyə çalışırlar. Ancaq beyinlərdə hələ də dəyişməyən iki sual var: Süni intellektin sonu nə olacaq və insanlar üçün hansı təhlükələr gətirəcək?
İlk sualın cavabı şahmat oynayan, hesablayan, danışa bilən robotların qabiliyyətlərini göstərməsilə birgə ortaya çıxsa da, kompüterdəki xüsusi proqramlar sayəsində müəyyən insan hərəkətləri edə bilən bu robotların nə kimi təhlükələr gətirə biləcəyi hələ də insanların maraq dairəsindədir.
Hətta gələcəkdə robotların insan öldürə, insanları qula çevirə biləcəkləri kimi narahatlıqlar belə baş qaldırmağa başlayıb. Yaddaş, öyrənmə, yaradıcılıq və sürətli hərəkətlər edə bilmə özəlliklərinə sahib robotlar, demək olar ki, bir insan kimi davrana bilir. Bəzən bu növ robotları filmlərin baş rolunda da görə bilirik.
Lakin Rusiya Milli Nüvə Araşdırmaları Universitetinin Ağıllı Fiberinternet Sistemləri bölməsinin professoru Aleksey Samsonoviç, xüsusilə, Hollivudda çəkilən bu cür filmlərin gerçəkçi olmadığını deyib:
"Robotlar hazırda insanlardan çox asılı haldadır. Bir insanı öldürə bilsə belə, daha sonra özü ortadan qalxar. Gələcəkdə onlar mədənlər çıxarma, fabrik inşa etmə kimi işləri edə bilərlər. Ancaq bu işlərin bizim yüzilliyimizdə baş verməyəcəyi 100 faizdir".
Bütün bunlarla yanaşı, robotlar gələcəkdə bir çox işlərdə işləyə biləcəklər ki, bu da insanları işsiz qoyacaq. Ancaq digər tərəfdən bəzi gündəlik işlərin robotlar tərəfindən yerinə yetirilməsi insanlara daha çox vaxt qazandıracaq və daha önəmli işlər görmək imkanı yaradacaq. Alimlər də bu faktı təsdiq edirlər.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26