Interposta.Info

Çoxuşaqlı qadınlar neçə yaşında pensiyaya çıxa bilər?

Müxtəlif
 12-01-2018, 11:31     10 545

Çoxuşaqlı qadınlar neçə yaşında pensiyaya çıxa bilər və bunun üçün hansı güzəştlər tətbiq olunur?

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq.

"XeberBiz" xəbər verir ki, qurum rəsmisi Xeyransa Dəmirova Qaynarinfo-ya bildirdi ki, yaşa görə əmək pensiyası hüququnun müəyyən edilməsində çoxuşaqlı qadınlar üçün güzəşt "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.2-ci maddələrində öz əksini tapıb.

Qanundan sözügedən maddələri sizlərə təqdim edirik:

8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Qeyd: Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26