Interposta.Info

Moskvada Qarabağla bağlı böyük yalan -

Müxtəlif
 9-01-2018, 00:30     10 342

Sankt-Peterburqda nəşr olunmuş "Dünya ölkələri" ensiklopediyasına qondarma "DQR"in də adı daxil edilib

Böyük təəssüf hissi ilə qeyd edirik ki, Moskva şəhərindəki "Çitay qorod" kitab mağazalarında "Dünya ölkələri" (Stranı mira) ensiklopediyası (Böyük illüstrativ ensiklopediya: tarix, əhali, xəritə, iqlim, iqtisadiyyat) satılır və orada qondarma "DQR" haqqında məlumat da yer alıb.

Bu barədə məlumatı Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan veriblər.

Qeyd edək ki, 2015-ci ildə 3000 nüsxə tirajla buraxılmış bu nəşrin buraxılış redaktoru S.Radelovdur. SZKEO Peterburq nəşriyyatının satış məqsədilə buraxdığı bu kitab eyni zamanda bir çox saytda, eləcə də www.chitai-gorod.ru-da da yayımlanıb.

Bu, erməniyönümlü ensiklopediyaya inansaq, guya Xankəndinin (nəşrdə Stepanakert yazılıb-red.) əhalisi 53 min nəfərdən çoxdur. "DQR"də isə 146 mindən çox əhali yaşayır. Əlbəttə ki, burada Qarabağın tarixi barədə informasiyalar bütün digər informasiyalar kimi erməni sepatarçılarının təhrif etdiyi şəkildə verilib.

Xatırladaq ki, Azərbaycan ərazilərində yaradılmış separatçı qurum heç bir beynəlxalq təşkilat, eləcə də Rusiya Federasiyası və Ermənistan başda olmaqla heç bir dünya dövləti tərəfindən tanınmayıb.

interposta.info
Moskvada Qarabağla bağlı böyük yalan -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26