Interposta.Info

Dağlıq Qarabağla bağlı daha bir qalmaqallı xəritə - Təxribat, yoxsa...

Gündəm
 22-09-2020, 11:34     610

"Azərbaycan vikimediaçıları"nın hazırladığı "Dağlıq Qarabağ münaqişəsi" adlı vikiməqalədə ermənilərə aid xəritədən istifadə edilib.

Xəritədə Azərbaycanın işğal olunmuş ərazilərində erməni adları qeyd olunub. Belə ki, Xankəndi - Stepanakert, Xocavənd - Martuni, Ağdərə rayonunun adı isə Mardakert olaraq yazılıb. Azərbaycan üçün önəmli bir məsələdə belə səhv təəssüf doğurur.

Qeyd edək ki, bir müddət əvvəl isə tarix dərsliklərində yer alan xəritələrdə Qarabağın adının Arsak kimi verildiyi üzə çıxmışdı./hit.az

Sözügedən xəritəni təqdim edirik:

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26