Interposta.Info

Separatçıları təşvişə salan xəritə: Bu ərazilər Azərbaycana qaytarılır? - Xankəndi qarışdı

Siyasət
 28-09-2021, 14:30     138

Bir neçə gün əvvəl Rusiyanın RBK İnformasiya Agentliyi Qarabağla bağlı xəritə paylaşmışdı.

Qaynarinfo xəbər verir ki, həmin xəritədə Ağdərə, Xocavənd və Xocalının Azərbaycana veriləcəyi əks olunmuşdu. Maraqlıdır ki, xəritə yayılandan az sonra saytdan silinib.

Həmin xəritə Qarabağda yaşayan ermənilərin qorxuya düşməsinə səbəb olub. Hətta Ağdərə və Xocavənddə yaşayan ermənilər Xankəndidəki separatçılardan təcili açıqlama tələb etməyə başlayıblar.

Qazaxıstanda yaşayan erməni şərqşünas, ”Orbeli” mərkəzinin keçmiş eksperti Andranik Ohanesyan yazır ki, xəritə doğrudursa, bu hazırda ermənilərin əlində qalan cəmi 2500 kv.km ərazinin 1000 kv.km-nin Azərbaycanın nəzarətinə keçməsi deməkdir: "RBK agentliyindən və Ermənistan hakimiyyətindən açıqlama tələb edirəm. Əgər təxribatdırsa, üzr istəsinlər. Deyilsə, bu artıq Qarabağın yox olması deməkdir”.

Qarabağda yaşayan ermənilər arasında gəzən söz-söhbət isə daha maraqlıdır. Onların sözlərinə görə, bir neçə gündür bölgədə xəbər yayılıb ki, Rusiya sülhməramlıları bundan sonra yalnız Xankəndidə xidmət edəcəklər. Digər ərazilər isə Azərbaycana veriləcək. Məsələn, Xankəndidəki ”təşkilat”lardan birinin rəhbəri Bella Lalayan deyir ki, noyabrın 9-dan bəri Əsgəranda Xocalının geri veriləcəyinin söhbətləri gedirdi: "Ümid edirəm ki, RBK-nın yaydığı xəritə Azərbaycanın xahişi ilə təşkil olunub və yalandır. Amma görünən odur ki, məsələ çox ciddidir deyə xəritə belə təcili yayılıb”.

Qarabağdakı qondrama "parlamentin” "deputatı”, daşnak Vaqram Balayan jurnalistin sualına cavab olaraq bildirib ki, onda yeni ərazilərin Azərbaycana qaytarılması barədə məlumat yoxdur.

Serparatçıların əlaltısı olan David Babayan məsələyə heç bir münasibət bildirmək istəməyib. Qondarma "parlamentin” "spiker”i Narina Avanesyan isə qəribə açıqlama verib: "Mən xəritəni görməmişəm. Onu şərh edə bilmərəm. Əgər əlimdə rəsmi məlumat olarsa, danışa bilərəm. Yaxşı olar ki, bu barədə İrəvan hökumətindən soruşasınız”.

Ağdərə erməniləri arasında yayılan xəbərə görə isə onları yaxın günlərdə Xankəndinə köçürəcəklər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26