Tarix dərsliyində uydurma "Böyük Ermənistan" xəritəsinin verilməsinə etiraz olaraq bəyanat yayıb
Məlumdur ki, Azərbaycan Respublikası orta məktəblərinin rus bölmələrinin 10-cu sinifləri üçün “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəşr olunmuşvə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Ümumi tarix” dərsliyində ermənilərin uydurduğu “Dənizdən-dənizə Böyük Ermənistan”ın qondarma “xəritə”si təsvir olunmuşdur.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq hesab edirik ki, adı çəkilən dərslikdə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan”ın qundarma “xəritəsi”nin təsvir olunması milli dövlətçilik maraqlarımıza ciddi zərbələr vurmaqla anti-Azərbaycan və anti-Türk qüvvələrin mənafeyinə xidmət edir. Qərbin uydurma tarixçiliyinə əsaslanaraq qədim Azərbaycan-Türk torpaqlarını “Böyük Ermənistan”ın və ya “Armeniya”nın tərkib hissəsi kimi göstərmək yolverilməzdir. Bu fakt bir daha göstərir ki, Azərbaycanda yeni milli tarix konsepsiyasının, eyni zamanda orta və ali məktəb dərslikləri üzərində lazımi nəzarətin olmaması anti-Azərbaycan və anti-Türk ünsürlərin mənfur əməllərinin dərsliklərimizə də yol tapmasına səbəb olmuşdur.
Biz, Azərbaycan Respublikası Təhsil Nazirliyindən adı çəkilən dərsliyin dərhal tədrisdən çıxarılmasını, onun sifarişçilərinin, icraçılarının, o cümlədən dərsliyin müəlliflərinin ciddi şəkildə cəzalandırılmasını və tarix dərsliklərinin yeni milli konsepsiya əsasında yazılmasını tələb edirik.
Bütöv Azərbaycan Ocaqları
Bakı, 14.10.2017.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26