4-ci sinif Azərbaycan dili dərsliyində biabırçılıq - MƏKTƏBLİLƏR KITABI BAŞ-AYAQ OXUMAĞA MƏCBURDURLAR
Son günlər mətbuatda Azərbaycanda dərsliklərlə bağlı ciddi problemlər ortaya çıxır və müzakirə olunmaqdadır. Analoji problem 4-ci sinif Azərbaycan dili dərsliyində də mövcuddur.
interposta.info xəbər verir ki, unikal.org-un araşdırmasına görə, 4-ci sinif Azərbaycan dili dərsliyinin 41-ci səhifəsinin “düşün və cavab ver” bölümündə ciddi yanlışlığa yol verilib.
Belə ki, dəsrlikdə tapşırıq mətni əks istiqamətdə yazılıb və təbii ki, bu da məktəblilərin çaşqınlığına səbəb olur. Məktəblilər kitabı baş-ayaq oxumağa məcburdurlar.
Həmin faktı görüntü ilə sizlərə təqdim edirik.
Qeyd edək ki, “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərsliyində xəritə yanlışlığı ilə bağlı mətbuatda və sosial şəbəkədə müzakirələr davam edir. Hadisə ilə bağlı Təhsil Nazirliyi sərt tənqid olunur.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26