Interposta.Info

Moskva və Peterburq qarışdı,120 min adam təxliyə edildi

Dünya
 11-12-2019, 14:37     415

Dünən Moskvada 400-dən çox binanın sakinləri təxliyə edilib.

Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, məlumatlı mənbənin iddiasına görə, 120 mindən çox insan binalardan çıxarılıb.

Telefon terrorçularının ucbatından klinikalar, iri ticarət mərkəzləri böyük problem yaşayıb.

Bundan əlavə, Ali Məhkəmə və metro stansiyalarının da minalandığı bildirilsə də, orada təxliyə aparılmayıb.
Bütün təhdidlər elektron poçtla göndərilib.

Qeyd edək ki, həmin gün Sankt-Peterburqda da mahal məhkəmələri və metroların minalanması ilə bağlı anonim məktublar alınıb. Günün əvvəlindən Petrodvoretski, Smolninski, Primorski, Vıborq və Sestroretski rayon məhkəmələri təxliyə edilib.
Günorta saat birə qədər bütün obyektlər yoxlanılıb, məlumatın yalan olduğu üzə çıxandan sonra hər kəs işinə qayıdıb.
"Anonim minaçılar” Sankt-Peterburq metro stansiyalarını da diqqətdən kənarda qoymayıb. Sankt-Peterburq Məhkəmələrinin Birgə Mətbuat Xidmətinin Teleqram kanalında verdiyi məlumata görə, 15 metro stansiyası "minalanmış" olub:

Yelizarovskaya
Zvyozdnaya
Zveniqorodskaya
Kirovski zavod
Komendantski prospekt
Kupçino
Ladojskaya
Leninski prospekt
Lesnaya
Liqovski prospekt
Lomonosovskaya
Mayakovskaya
Mejdunarodnaya
Moskovskaya

Anonim məktub eləcə də 40-a yaxın təhsil müəssisəsinə də göndərilib.

Bir neçə ticarət mərkəzi də təxliyə edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26