Interposta.Info

Moskva yenə çaxnaşmaya düşdü: 145 min adam təxliyə edildi

Dünya
 25-12-2019, 11:21     849

Dünən, 24 dekabrda Moskvada 145 mindən çox insan təxliyə edilib.

Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, buna səbəb müxtəlif yerlərdə mina qurulması ilə bağlı anonim mesajlar olub.

Telefon terrorçuları qatar stansiyaları, ticarət mərkəzləri, məhkəmələr və məktəblər də daxil olmaqla 400-ə yaxın hədəfə mina qurulması ilə bağlı mesajlar yollayıblar.

Bu cür mesajlar 28 noyabrdan daxil olmağa başlayıb. O vaxtdan bəri Moskvada təxminən 950 min adam təxliyə edilib.

Qeyd edək ki, bənzər mesajlar Xabarovsk hava limanı ilə bağlı da daxil olub. Sərnişinlər və aeroport işçiləri "mina" siqnalı ilə bağlı təcili təxliyə ediliblər. Ancaq minaxtaranların binanı araşdırmasından sonra heç bir təhlükəli obyekt tapılmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26