“Nar bağı” filmi daha bir beynəlxalq mükafatı qazandı- FOTOLAR
Rejissor İlqar Nəcəfin "Nar bağı" filmi Hindistanda 22-ci Kerala Film Festivalında iştirak edir. Film bu gün ilk mükafatını - kino yazarlarının ödülünü qazanıb. Ödülü rejissora jurnalist və rejissor Suma Josson təqdim eləyib. Festivalın əsas müsabiqəsinin nəticələri dekabrın 15-də açıqlanacaq.
"XeberBiz" Moderator.az-a istinadən xəbər verir ki, buna qədər film Eurasia ( Astana) Beynəlxalq Kino Festivalın “Ən yaxşı kişi rolu”, Listapad Beynəlxalq Kino Festivalın ( Minsk) “Ən yaxşı ssenari” mükafatlarını qazanıb. Bundan başqa filmin rejissoru və baş rol ifaçısı adı çıkilən festivalların əsas jürilərinin diplomlarına layiq olublar. Noyabrı 21 isə Avstraliyada Asiya və Sakit Okeanı ölkələri Kino Akademiyasının Asia Pasific Award mükafatlarının təqdim etməsi olacaq . Ölkəmizi bu qurumun akademiki kino rejissor İlqar Nəcəf təmsil edəcək. Münsiflərin qərarına görə İlqar Nəcəf “Nar bağı” filminə görə Akademiyanın “Ən yaxşı gənc rejissor” nominasiyasında qalib olub.
Azərbaycanfilm kino studiyasının Buta Film kino şirkəti ilə birgə istehsal etdiyi filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26