Interposta.Info

Azərbaycan filmi

Mədəniyyət
 12-04-2017, 07:32     1 042

Rejissor Şamil Əliyevin “Çölçü” filmi Hindistanda keçirilən Kəlküttə Beynəlxalq Fİlm Festivalının “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.

interposta.info
Moderator.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “AZƏRBAYCANFİLM” Kinostudiyasında 2012-ci ildə istehsal olunan bədii film 5 qitəni əhatə edərək 32 Beynəlxalq Kino Festivallarında iştirak edib və bir sıra mükafatlara layiq görülüb. Bu nlar A və B kateqoriyalı festivallardır.

Film 4 dəfə ən yaxşı film kimi baş mükafatlara, 3 dəfə ən yaxşı rejissor işinə görə, ən yaxşı ssenari, ən yaxşı qadın oyunçu, yaradıcılıq axtarışlarına görə və s. nominassiyalarda qalib gəlib.

“Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur...
“ÇÖLÇÜ” filmi daha iki festivala dəvət alıb: "CayFilm" Cayman Islands International Film Festivalının əsas müsabiqə proqramına daxil edilmişdir. Festival 30 iyun- 03 iyul 2017-ci ildə ABŞ-ın Kayman adalarında keçiriləcək.
Həmçinin Türkiyədə 2017-ci il mayın 01-09 arası keçiriləcək beynəlxalq festivalın da proqramına daxil edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26