Interposta.Info

Azərbaycan filmi beynəlxalq festivalın mükafatına layiq görüldü-

Mədəniyyət
 30-05-2017, 07:32     808

Rejissor Şamil Əliyevin ekranlaşdırdığı "Çölçü" filmi növbəti beynəlxalq mükafata layiq görülüb.

Beynəlxalq Alanya Film Festivalının mükafatçılarından biri də yerli filmimiz olub. Qeyd edək ki, festivalın builki konsepsiyası "Dostlar bir arada" olub. Dünən başa çatan festivalda bu dəfə əsasən, rus dilində danışan ölkələr öz filmlərini təqdim ediblər.

Azərbaycandan 4 film- "Çölçü", "İçəri şəhər", "Qırmızı bağ", "Həddini aşan təsadüf"- həm Azərbaycan, həm də rus dillərində təqdim edilib.
Azərbaycanla yanaşı Rusiya, Belarusiya, Ukrayna, Estoniyadan da xeyli film bu festivalda nümayiş etdirilib. Festivala ümumilikdə 80 artıq rejissor və aktyorlar qatılıb.

Qeyd edək ki, "Çölçü" Azərbaycan kino tarixinin ən çox mükafata layiq görülən filmidir. 5 qitədə nümayiş etdirilən film 30-dan çox beynəlxalq mükafata layiq görülüb./moderator.az

interposta.info
Azərbaycan filmi beynəlxalq festivalın mükafatına layiq görüldü-

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26