Interposta.Info

Mədəniyyət Nazirliyi erməni filmini nüfuzlu festivaldan ÇIXARTDIRDI

Mədəniyyət
 29-09-2020, 17:39     747

42-ci Moskva Beynəlxalq Kino Festivalının “Dünyadan filmlər” adlı müsabiqədənkənar proqramına erməni rejissor Civan Avetisyanın “Cənnətin qapısı” (“Gate to heaven”) adlı bədii filmi də daxil edilmişdi.

"İnterPosta" xəbər verir ki, sözügedən ekran əsərinin Moskva Beynəlxalq Kino Festivalının müsabiqədənkənar proqramına daxil edilməsi ilə bağlı məlumatlar yayılandan sonra Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən müvafiq addımlar atılıb. Nəticədə ermənilərin mənfur hərəkətlərinə qarşı vaxtında tədbirlər görülmüş və “Cənnətin qapısı” filminin Moskva Beynəlxalq Kino Festivalının “Dünyadan filmlər” proqramından çıxarıldığı, eləcə də festivalın rəsmi saytından silindiyi ilə bağlı festivalın rəhbərliyi tərəfindən nazirliyə rəsmi müraciət daxil olub.

Qeyd edək ki, ABŞ, Fransa, İtaliya, Çexiya, Bolqarıstan, Almaniya və Litvadan da kinematoqrafçıların da cəlb olunduğu bildirilən filmdə erməni rejissor, öz ənənəvi xislətlərinə sadiq qalaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi saxtakarlıq və yalan üzərində qurulan bir kinosüjeti tamaşaçılara təqdim edir. Hadisələri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində cərəyan edən filmin yaradıcıları bununla bir daha kinematoqrafdan məqsədli şəkildə təbliğat müharibəsində alət kimi yararlandıqlarını göstərirlər. Erməni tərəfi əvvəllər də bu qəbildən filmlər çəkərək, xaricdəki lobbisinin dəstəyi ilə müxtəlif ölkələrdə nümayiş etdirib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26