Interposta.Info

Smartfonla işləyən kiçik ultrasəsli müayinə aparatı yaradıldı -

Müxtəlif
 30-10-2017, 17:14     9 181

Son vaxtlar tibdə istifadə olunmağa başlayan smartfonlar artıq dəri xərçəngi və beyin silkələnməsi kimi xəstəlikləri aşkarlaya bilir. Kiçik cib kompüterlərinin böyük gücü mühəndislərə onların köhnə iriölçülü analoqlarını əvəzləyən çoxlu daşınan texnoloji qurğular hazırlamağa imkan verir. Belə yeniliklərdən biri isə ağ-qara təsviri birbaşa smartfon ekranında göstərən kiçik “Butterfly iQ” ultrasəsli müayinə aparatıdır.

interposta.info ICTnews-a istinadən xəbər verir ki, son dövrlər ultrasəsli müayinə qurğuları üzrə texnologiyaların sürətlə inkişaf etməsi onların həm ölçüsünü, həm də qiymətini azaltmağa imkan verir. Lakin ultrasəsli müayinə aparatlarının qiyməti baha olaraq qalır. Belə ki, yüksək təsvir ölçüsünə malik görüntülər yaradan ən yaxşı modellərin qiyməti 100 min dollardan çoxdur. Tibbi ultrasəsli qurğular bazarının liderlərindən biri hesab edilən “Philips” şirkəti bu yaxınlarda qiyməti 6 min dollara bərabər portativ skaner təqdim edib.

Bildirilir ki, bu bazarı daha da canlandıracaq yeni “Butterfly iQ” qurğusunun qiyməti təxminən 2 min dollar olacaq. Qiymətin ucuz olması portativ skanerdən təkcə tibbi müəssisələrin deyil, eyni zamanda, ayrı-ayrı həkimlərin istifadəsinə imkan yaradır. Beləliklə, “Butterfly iQ” həkimlərin diaqnostik alətlər dəstinə daxil olan növbəti qurğu ola bilər.

Məlumata görə, qurğu orqanizmi əhatə edən abdominal və ginekoloji tətbiqdən tutmuş, ürək və ya uroloji tədqiqatlaradək 13 müxtəlif kliniki istifadə üçün təsdiq edilib. Lakin hazırda qurğudan yalnız səhiyyədə lisenziyalı praktika keçən şəxslər yararlana bilərlər.

Qeyd edək ki, ilin əvvəlində “Butterfly iQ” aparatını sınaqdan keçirən ürək-damar cərrahı Con Martin gözlənilmədən boynunda xərçəng aşkar edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26