Interposta.Info

“McAfee” antivirusunun yaradıcısı dünyanın ən təhlükəsiz smartfonunu təqdim edəcək

Müxtəlif
 29-04-2017, 18:55     559

Mobil qurğularda fərdi məlumatların mühafizəsi bir neçə il olar ki, fəal müzakirə mövzusuna çevrilib.

Buna görə bəzi şirkətlər yüksək təhlükəsizlik səviyyəsinə malik təhlükəsiz qurğular istehsal edirlər. Populyar “McAfee” antivirusunun yaradıcılarından biri olan Con Makafi də belə cihaz təqdim edib. O, öz yeni həllini dünyada ilk təhlükəsiz smartfon adlandırır. Makafinin iddiasına görə bu, indiyədək mövcud olmuş qurğular arasında ən təhlükəsiz smartfon olacaq.

AZƏRTAC 4pda.ru saytına istinadən bildirir ki, “cihazın aparat hissəsinə böyük investisiya yatırılıb. Qurğunun arxa panelinə qurulmuş bir sıra kommutatorlar istifadəçiyə akkumulyator, kamera, mikrofon və “Wi-Fi”, “GPS” və “Bluetooth” üçün antenaları söndürməyə imkan verir. Bundan başqa, smartfonda anonim veb-axtarış funksiyası mövcuddur", Con Makafi deyib.

“John McAfee Privacy Phone” adlandırılacaq aparat cari ilin sonunda satışa çıxarılacaq. Qurğunun texniki xarakteristikaları haqda hələ ki, heç bir məlumat yoxdur.

Smartfonun qiyməti 1100 dollar təşkil edəcək, potensial müştərilər isə korporativ istifadəçilərdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26