Interposta.Info

Smartfon vasitəsilə idarə edilən modul ev təqdim olunub

Ölkə
 31-03-2018, 12:28     10 588

Almaniyanın “LTG Lofts to go” şirkəti “Coodo” adlanan praktik modul evin layihəsini təqdim edib.

AZƏRTAC novate.ru saytına istinadla bildirir ki, modul evdə ilin bütün fəsillərində rahat yaşamaq mümkündür.

Bu cür evlər keyfiyyətli, istilikkeçirmə qabiliyyətli yüksək texnoloji materiallardan hazırlanıb. Mənzildə smartfon vasitəsilə kənardan idarə ediləcək ağıllı texnologiyalardan istifadə olunacaq. Belə evlərin yaşayış sahələri təqribən 36-96 kvadratmetrdir.

Arxitektorların fikrincə, “Coodo”dan üzən ev və sauna kimi də istifadə etmək olar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26