Interposta.Info

“Instagram"da yeni funksiya

Müxtəlif
 25-10-2017, 18:27     8 704

“Instagram” sosial şəbəkəsində istifadəçinin digər dostları ilə birlikdə canlı yayım etməsinə imkan verən funksiya yaradılıb.

interposta.info Lent.az-a istinadən xəbər verir ki, funksiya sayəsində istənilən vaxt canlı yayıma digər istifadəçinin yayımının əlavə olunması, eləcə də, onun silinməsi və yerinə başqasının əlavə edilməsi mümkündür. Birgə efir zamanı adi yayımlarda olduğu kimi, "like" etmək və şərh yazmaq olacaq. İstifadəçilər yayımları smartfonun yaddaşında saxlayıb, sonradan “Stories” vasitəsilə paylaşa biləcəklər.

Yayıma digər şəxsin yayımını əlavə etmək üçün sağ aşağı küncdəki yeni piktoqrama “tıklamaq”, sonra “Add” opsiyasını seçmək lazımdır. Yayım əlavə olunduqdan sonra ekran ikiyə bölünür.

Hazırda yeni funksiya bütün istifadəçilər üçün əlçatandır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26