Interposta.Info

İrma qasırğası qiyamətin ilk əlamətidir? -

Müxtəlif
 12-09-2017, 19:41     9 979

Astronom və kosmoenergetiklər sonuncu Günəş tutulması ilə bağlı dəhşətli proqnozlar verib

Amerikanın Mayami və Florida sahilləri bir neçə gündür, Hollivud filmlərindəki subasma və qiyamət səhnələrini yaşayır.

interposta.info
BakuPost.az-a istinadən xəbər verir ki, 2 gün ərzində 3-cü dərəcədən 5- ci dərəcəyə qalxan İrma Amerika tarixində ən güclü qasırğa hesab olunur və artıq Nyu Cersiyə yaxınlaşır. Qasırğanın qrafik versiyasında binaların ağac kimi yelləndiyi göstərilir. Göydələnlərdə pəncərələrin sınacağı və şüşədən nə varsa, hamısının çilik-çilik olacağı qaçılmazdır. İnsanlar supermarketləri boşaldıb, evdə vannaları çevirib onun altında yatmağı düşünür. Onlar yalnız bu yolla az da olsa qasırğadan qoruna biləcəklərini düşünürlər.
İrma qasırğası qiyamətin ilk əlamətidir? -


Amerikada baş verən fəlakətlərin sonuncu tam Günəş tutulmasından sonra başladığı da məlumdur. Bir sıra astroloq, dini təriqətçi və mütəxəssislər Günəş tutulmasından sonrakı 40 gün ərzində 12 qlobal fəlakətin olacağını öncədən proqnozlaşdırmışdılar.

İsrail News isə XVIII əsrdə yaşamış yəhudi mistiki Moşe Benyamenin öncəgörümlərini dərc etmişdi. Yazıda budəfəki Günəş tutulmasından sonra ABŞ-da baş verəcəklərin xəritəsi çəkilmişdi. Moşinin proqnozlarında güntutulmadan dərhal sonra qasırğa və tufanlar olacağı, evləri su basacağı, çoxlu sayda insan itkisi olacağı bildirilib. 10 gün sonra isə ikinci böyük fəlakət gələcəyi qeyd olunub.
İrma qasırğası qiyamətin ilk əlamətidir? -


Yəhudi Ravvin isə bundan sonra Şərq hökmdarlarına ciddi zərbə olacağını düşünür. Bunun yozumu isə belədir: Koreyada müharibə başlayacaq və ya Şimali Koreya müharibəyə səbəb olacaq addım atacaq.

Müasir öncəgörücülərdən Johan Fenn "Youtube” kanalında bir neçə gün əvvəl daha 2 qasırğa, sunami və zəlzələ barəsində öncəgörməsi olduğunu elan edərək, hökuməti daha çox xilasedici cəlb etməyə çağırıb.

interposta.info
İrma qasırğası qiyamətin ilk əlamətidir? -
İrma qasırğası qiyamətin ilk əlamətidir? -
İrma qasırğası qiyamətin ilk əlamətidir? -
İrma qasırğası qiyamətin ilk əlamətidir? -
İrma qasırğası qiyamətin ilk əlamətidir? -
İrma qasırğası qiyamətin ilk əlamətidir? -
İrma qasırğası qiyamətin ilk əlamətidir? -
İrma qasırğası qiyamətin ilk əlamətidir? -
İrma qasırğası qiyamətin ilk əlamətidir? -
İrma qasırğası qiyamətin ilk əlamətidir? -
İrma qasırğası qiyamətin ilk əlamətidir? -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26