Interposta.Info

Mayamidə məşhər yaşanır: qasırğa dəhşəti - Video

Dünya
 12-09-2017, 00:45     10 820

Sosial şəbəkələrdə ABŞ-ın Florida ştatında hökm sürən dağıdıcı “İrma” qasırğası ilə bağlı dəhşətli videolar yayılıb.

Videolardan birində göründüyü kimi güclü qasırğa Mayami sahilində yerləşən evlərdən birinin damını uçurur.

Yerli jurnalistlərdən olan Omar Lyusun paylaşdığı videoda isə “İrma” qasırğası nəticəsində Mayami küçələrinin sürətlə çay suları ilə dolduğu məlum olur.

Digər jurnalist Coş Benson isə Mayaminin mərkəzi küçələrindən olan Aventurada qayıq və katerlərin batdığını əks etdirən video yayımlayıb.

Qeyd edək ki, “İrma” qasırğası Florida ştatında 3.3 milyondan çox insanı işıqsız qoyub.

Ştatın qubernatoru Rikk Skot əhaliyə xəbərdarlıq edərək, tez bir zamanda evləri tərk etməyi məsləhət bilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26