Interposta.Info

İrma qasırğası can alır, milyonları işıqsız qoyur…

Gündəm
 12-09-2017, 07:37     10 426

Qasırğa artıq Sankt Peterburqa çatır, ordan da…Azərbaycana?

İrma qasırğası güxləndikdən sonra Ki Vest sahillərinə çataraq, Floridanın boğazlarındakı mülayim sular üzərində hərəkət edir.
Hazırda gücünə görə 4-cü kateqoriyaya aid edilən qasırğa saatda 210 kilometr sürətlə əsən küləklərlə müşayiət olur. İrma qasırğasının Floridanın bəzi yerlərinə böyük dağıntılar gətirəcəyi gözlənilir.


Qasırğanın əvvəlcə Ki Vestdən keçərək, sonradan Florida ştatının qərb sahili ilə hərəkət edəcəyi bildirilir. Qasırğanın istiqamətini qərbə götürməsi ilə hazırda sahildə yerləşən Sank Petersburq şəhəri əsas diqqət mərkəzindədir. Bundan əvvəlki proqnozlara əsasən, Floridanın şərq sahilindəki Mayami şəhərinin İrma qasırğasının təsirinə ən çox məruz qalacağı gözlənilirdi.
Florida ştatının qubernatoru Rik Skott şənbə günü axşam fövqəladə vəziyyətin elan edildiyini bildirərək, insanları təxliyyə zonalarını tərk etməyə çağırıb.

75 min nəfərdən çox insan qubernatorun çağırışına qoşularaq, ştatda yaradılmış 400 fövqəladə sığınacaqda yerləşib. 76 min ailənin işıqsız qaldığı xəbər verilir.

Qasırğanın istiqamətini dəyişərək qərbə hərəkət etməsi nəticəsində Tampa şəhərinin sakinləri də sığınacaqlara üz tutur. Tampa bir əsr ərzində heç bir qasırğanın təsirinə məruz qalmayıb.

ABŞ prezidenti Donald Tramp və onun kabinetinin üzvləri şənbə günü Merilend ştatında Kemp Deyviddə prezident iqamətgahında görüş zamanı İrma qasırğası ilə bağlı müzakirələr aparıb.

BBC telekanalı bildirib: İrma qasırğası Amerikanın Florida ştatında üç milyondan çox insanın işığının kəsilməsinə bais olub. Bu qasırğanın yolu üstündə olmuş məntəqələrdən olan altı milyon nəfərdən çox insan köçürülübdür. Florida ştatının cənubundakı Mayami şəhərinin mərkəzində yerləşən ticarət məntəqəsi hazırda altmış santimetrlik selin içindədir və böyük zərər çəkibdir. Səbəb budur ki, Florida ştatındakı həmin qasırğadan irəli gələn zərərlər hələ başa çatmayıbdır. Bu qasırğa dünyanın ən böyük iqtisadiyyatı sayılan Amerika iqtisadiyyatına çox böyük təsir göstərəcəkdir. Ekspertlər deyirlər ki, bu, indiyədək Amerika ərazisini bürümüş ən çoxxərcli bir qasırğadır. Hərçənd hələ də Florida ştatında meydan sulamaqda olan bu qasırğadan irəli gələn dəqiq zərərləri elan etmək çox tezdir, İsveçrə kredit bankı bu qasırğadan irəli gələn ehtimali zərərlər barədə təxminlər veribdir. Bu bankın hesablamalarına görə, İrma qasırğası Amerika iqtisadiyyatına 125-250 milyard dollar dəyərində zərər vuracaqdır. Harvey və İrma qasırğalarının Amerika iqtisadiyyatına vurduqları ilkin təsirlərdən biri, bu ölkədə işsizlərin sayının artması olubdur. Ötən həftə məşğulluq barədə Amerikada yayılmış məlumat ondan xəbər verirdi ki, təkcə Harvey qasırğasından irəli gələn zərərlərə görə, Texas ştatında təqribən 40 min nəfər işini itiribdir ki, onların əksər hissəsi bu böyük ştatda maldarlıq sektorunda çalışan müvəqqəti fəhlələr olubdur, zira Texas ştatında kənd təsərrüfatı və maldarlıq sektorları həmin qasırğadan böyük zərər çəkmişdilər.
“İrma” qasırğası bir neçə saatdan sonra Florida ştatının Sankt-Peterburq şəhərinə çatacaq.
Bu barədə ABŞ-ın Milli Meteorologiya Xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, qasırğa şəhərə çatdıqdan sonra onun gücü 4-cü səviyyəyə qalxacaq. Bundan sonra “İrma” şimala, Tallaxassi şəhərinə tərəf yönələcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26