Interposta.Info

“Hato” qasırğası dəhşət saçdı: İnsanları sovurdu -

Dünya
 23-08-2017, 21:55     9 191

Çində son 5 ilin ən dağıdıcı qasırğası müşahidə olunub.

Aznyus.az xəbər verir ki, qasırğa, əsasən, cənub regionunda, o cümlədən, Quandun vilayətində genişmiqyaslı dağıntılar törədib. Qasırğa zamanı qeydə alınan kadrlarda küçələrdə küləyin insanları sovurması da müşahidə olunur. Hava bürosu qasırğanın sürətinin saatda 165 kilometrə çatdığını qeyd edib.

Şiddətli küləklər yüzlərlə evin damını uçurub. Kranlar aşıb. Nəqliyyatın hərəkəti tamamilə iflic vəziyyətinə düşüb. 420-yə yaxın uçuş təxirə salınıb. Sahilyanı bölgələri su basıb.

Hökumət fövqəladə vəziyyətlə əlaqədar məktəblərin fəaliyyətini dayandırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26