Interposta.Info

"Titli" qasırğası Hindistanda dağıntılar törətdi -

Dünya
 16-10-2018, 18:31     10 593

Hindistanda tüğyan edən "Titli" qasırğası ciddi fəsadlara yol açıb. Trend-in məlumatına görə, güclü leysan yağışları ilə müşayiət olunan küləkli hava Oriss ştatında 16 nəfərin ölümünə səbəb olub.

Qacapati mahalında isə yağışlar nəticəsində baş vermiş sürüşmə 18 nəfərin həyatına son qoyub.

Küləyin gücünün saatda 140 km çatdığı bildirilir.

Qasırğa səbəbindən həmin ştatda dərslərin təxirə salındığı bildirilir. Eləcə də təhlükəli ərazilərdən təxminən 300 min sakin təxliyə edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26