Interposta.Info

İlin sonuncu Günəş tutulması hadisəsi başladı

Müxtəlif
 4-12-2021, 09:59     466

Dekabrın 4-də bu ilin son sonuncu Günəş tutulması hadisəsi başlayıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Qaynarinfo-ya verilən məlumata görə, bu tutulma tam Günəş tutulmasıdır.

Günəş tutulması hadisəsi saat 09:29:16-dan başlanıb və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.

Tam tutulma Antarktidada müşahidə olunur. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə edilir.

Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26