Interposta.Info

"Bir az əvvəl Lütfi Zadəylə danışdım, hamıya salam dedi" - Mirşahin

Müxtəlif
 14-08-2017, 10:26     10 447

2 gündür dünya və Azərbaycan mətbuatında öldüyü barədə xəbərlər tirajlanan görkəmli azərbaycanlı alim Lütfi Zadədən yeni xəbər var.

BakuPost.az xəbər verir ki, tanınmış jurnalist Mirşahin Ağayev alimin ölməsi barədə yazılanlara nöqtə qoyan açıqlama ilə çıxış edib. O özünün facebook səhifəsində yazıb ki, bir neçə dəqiqə əvvəl Lütfi Zadə ilə danışıb:
"Bir az əvvəl, daha doğrusu Bakı vaxtilə saat 23-25 də cənab Lütfi Zadə ilə telefonla danışdım. Nitqi əvvəlki kimi səlis olmasa da yaxşı olduğunu, özünü yaxşı hiss etdiyini dedi, ona görə narahat olanlara təşəkkürünü bildirdi... Dahi yerlimizi yormaq istəmədim və danışığımız çox qısa olduğundan miras-vəsiyyət mövzusunda yersiz suallar vermədim! Hamıya salam duası var. Daha doğrusu onun salamı, bizim isə duamız! Məncə mövzunu qapamaq olar!"

Qeyd edək ki, ABŞ və İran mediası Lütfi Zadənin öldüyünü yazıb. Hətta vikipediada belə 12 avqust alimin ölüm günü kimi qeyd olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26