Lütfi Zadə gələn həftə I Fəxri xiyabanda dəfn olunacaq
Sentyabrın 6-da Amerikada dünyasını dəyişən görkəmli azərbaycanlı alim Lütfi Zadənin cənazəsi gələn həftə Bakıya gətiriləcək
Bu barədə AzVision.az-a Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova məlumat verib.
“Cənazə gələn həftə Bakıya göndəriləcək. Hazırda bir az ləngimə var” – deyən Ş.Şahbazovanın sözlərinə görə, Lütfi Zadənin cənazəsi I Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Artıq Lütfi Zadənin məzarı qazılıb.
Ş.Şahbazova vurğulayıb ki, dəfndən öncə Lütfi Zadə ilə rəsmi şəkildə vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26