Interposta.Info

Lütfi Zadənin qəbirüstü abidəsi 6 aydır qoyulmur

Gündəm
 30-03-2018, 11:28     10 481

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin dəfnindən 6 ay keçib.
interposta.info
“Report”a istinadən xəbər verir ki, məşhur alimin qəbirüstü abidəsi hələ qoyulmayıb.
Qeyd edək ki, Lütfi Zadə 1921-ci ilin fevralın 4-də Bakı şəhərində anadan olub. 96 yaşlı Lütfi Zadə 2017-ci ilin sentyabrın 6-da Kaliforniyada vəfat edib. O, vəfatından əvvəl Azərbaycanda dəfn edilməsi ilə bağlı vərəsə məktubu yazıb. Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, I Fəxri xiyabanda dəfn edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26