Interposta.Info

Lütfi Zadə vəfat etdi - ABŞ mətbuatı yazır

Müxtəlif
 13-08-2017, 12:30     10 607

ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə vəfat edib.
interposta.info BakuPost.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "dead-people.com" saytı yazıb. Məlumata görə alim dünən gecə saat 12 radələrində dünyasını dəyişib. Saytda alim barədə tvit-lər də yer alıb. Alimin vəfatı dünya elminə böyük itki kimi dəyərləndirilub.

Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub.
Lütfi Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Məşhur riyaziyyatçı 1946-ci ildən ABŞ-da Massaçusets texnologiya institutunu bitirib, 1949-cu ildə Nyu-Yorkun Kolumbiya universitetində elmlər doktoru alimlik dərəcəsini alıb.
Lütfi Zadə dünya şöhrətini 51 il əvvəl süni intelellekt sahəsində qeyri-səlis məntiqi (fuzzy logic) nəzəriyyəsini hazırlayaraq qazanıb.
Qeyd edək ki, bundan öncə Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barəsində bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26