Interposta.Info

Məşhur azərbaycanlı deputatın öldürülən katibinin -

Müxtəlif
 7-06-2017, 17:44     627

İran terrorçuların parlamentə hücumu zamanı öldürülən mülki şəxslərdən biri azərbaycanlı millət vəkili Hadi Bahadurinin ofisinin katibi Həmid İmdadidir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Bəykəndi millət vəkili Osmani sosial şəbəkədə paylaşıb.

Xəbər hələ rəsmən təsdiqlənməyib.

Hadi Bahaduri İran parlamentindəki Türk Fraksiyasının aktiv üzvlərindəndir. O, parlamentdə İranda yaşayan Azərbaycan türklərinin hüquqlarının müdafiəsi ilə bağlı bir neçə ardıcıl çıxışı ilə məşhurdur.

Xatırladaq ki, İranda baş verən bugünkü terror hücumlarında 7 nəfər ölüb, 33 nəfər yaralanıb.

***

İranın "Yolpress" saytı Həmid İmdadinin qətlə yetirildiyini təsdiqləyib.

interposta.info


Məşhur azərbaycanlı deputatın öldürülən katibinin -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26