Interposta.Info

İran deputatının türkləri təhqirinə cavab:

Dünya
 26-04-2017, 15:45     626

Kazım Delxoş dərhal azərbaycanlılardan üzr istəməlidir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran parlamentinə Urmiya şəhərindən seçilən millət vəkili Hadi Bahaduri söyləyib.

“Bu türklərə qarşı açıq-aşkar təhqirdir. Bu zarafat kimi söylənsə belə, yenə də qəbuledilməzdir. Somesəran millət vəkili dərhal üzr istəməlidir”.

Qeyd edək ki, İran parlamentinin millət vəkili Kazım Delxoş azərbaycanlıları təhqir edib. İran mediası onun Maku şəhərində olarkən, “bunlar türkdür, heç nə anlamazlar” ifadəsini işlətdiyi videonu yayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26