Interposta.Info

İranda matəm elan edilib

Dünya
 24-09-2018, 10:32     10 419

İran höküməti Əhvaz şəhərində baş verən terror aktı nəticəsində insan ölümü ilə əlaqədar sentyabrın 24-nü matəm günü elan edib.

Trend-in məlumatına görə, bu barədə İran Prezidenti Həsən Ruhaninin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda deyilir: "Şənbə günü Əhvaz şəhərinin sakinlərinə və onların təhlükəsizliyini qoruyanlara qarşı törədilən terror aktı açıq-aydın göstərdi ki, İranın düşmənlərinin yeganə məqsədi qadınları, uşaqları, qocaları və cavanları, işçiləri və əsgərləri yalnız onların iranlı olduqlıarına görə qətlə yetirməkdən çəkinməyərək İranı və iranlıları məhv etməkdir".

Qeyd edək ki, sentyabrın 22-si İranın Əhvaz şəhərində hərbi parad zamanı terror aktı baş verib. Naməlum silahlılar insanlara atəş açıb. Terror aktı nəticəsində azı 29 nəfər həlak olub, 57 nəfər isə yaralanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26