Interposta.Info

İran fövqəladə təhlükə elan etdi:

Dünya
 7-06-2017, 13:08     725

Naməlum şəxslər İran parlamentinə hücum edərək ətrafa atəş açıb.

Axar.az xəbər verir ki, “Fars” və “Mehr” agentlikləri parlamentdən hələ də silah səsləri gəldiyini yazıb. “Tasnim” agentliyi isə parlamentdə bəzi şəxslərin girov götürüldüyünü və silahlı atışmanın davam etdiyini bildirib.

Həmçinin, üç silahlı şəxsin iki nəfəri yaraladığı vurğulanır.

***

Millət vəkili İlyas Həzrəti İRİB agentliyinə iki kişinin “Kalaşnikov” avtomatı, bir kişinin isə tapança ilə hücum etdiyini bildirib.

***

"Fars" agentliyinin verdiyi məlumata görə, parlamentə hücum edən şəxslər millət vəkilləri ilə görüşmək adı ilə binaya daxil olublar.

Hazırda parlamentin qapıları bağlanıb və hücum edənlər mühasirəyə alınıb. Son məlumatlara görə, mühafizəçilərdən biri atışma zamanı həlak olub.

Parlamentdən millət vəkilləri və jurnalistlərin çıxmasına icazə verilmir. Cinayətkarlardan ikisi yaralanaraq tutulub.

Parlamentdə olan müxbirlər mühafizəçinin həlak olmasını təsdiqləməyib.

***

İnqilab Keşikciləri Korpusu Tehranda bütün strateji binaları, o cümlədən Prezident Aparatı və digər dövlət əhəmiyyətli binaları nəzarətə götürüb.

Parlamentə hücum edənlərin 20 nəfər olduğu iddia edilir. Hələlik bu xəbər rəsmən təsdiqlənməyib.

***

İRNA parlamentdəki atışmalarda bir nəfərin öldüyünü təsdiqləyib. hücum edənlərin təsdiqlənmiş sayı isə 4 nəfərdir. Terrorçuların sayının daha çox olduğu istisna edilmir.

***

“Fars” agentliyi parlamentə hücum edənlərdən birinin kamikadze olduğunu və üstündə bomba aşkarlandığını bildirib. Hazırda polislərin “canlı bomba”nın ətrafına düzüldüyü vurğulanır.

***

İran parlamentindəki atışmalar zamanı yaralıların sayı 8-ə çatıb.

***

"Əl-Ərəbiyyə"nin Liviya bürosu İran parlamentinə hücumun məsuliyyətini İŞİD terror təşkilatının öz üzərinə götürdüyünü bildirib.

***

İran Daxili İşlər Nazirliyi Tehranda fövqəladə təhlükə ilə bağlı toplantısını çağırıb.

Daxili İşlər naziri Rəhmani Fəzli bu barədə Daxili İşlər Nazirliyinin bütün qurumlarına göstəriş verib.

Qeyd edək ki, hadisədən bir saat keçməsinə baxmayaraq, hələ də parlamentdə atışma səslərinin gəldiyi bildirilir.

interposta.info
İran fövqəladə təhlükə elan etdi:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26