İran parlamentində atışma gedir:

İran mediasının məlumatına görə, terrorçulardan ikisi ələ keçməmək üçün intihar ediblər. Onlardan biri zəhər içərək özünü öldürüb, digəri isə üstündəki bombanı partladıb.
12:38
****
Alınan son xəbərlərə görə, ölənlərin sayı 7 nəfərə çatıb. 4 nəfərin isə girov götürüldüyü bildrilir. Girovların Məclisin xidməti personalına aid olduğu söylənilir.
12:11
****
Son məlumatlara əsasən İran rəsmiləri terror hücumunun İŞİD tərəfindən törədildiyini bildirirlər. Parlamentin binasına və ayətullah Xomeyninin türbəsinə edilən hücumda 1 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığı təsdiqlənib.
11:45
****
Son məlumatlara görə, terrorçuların 4 nəfər olduğu bildrilir. Hadisə zamanı 8 nəfərin yaralandığı xəbəri gəlib. Xomeyni türbəsinə hücum edən şəxsin canlı bomba olduğu bildirilir. Türbədəki atışmada da yaralılar var.
Hazırda parlament ətrafına bütün giriş və çıxışlar qapadılıb.
10:58
****
Türkiyənin NTV kanalının verdiyi məlumata görə, hücum edənlər 3 nəfər olub. Bundan başqa, hücumu həyata keçirən şəxslərin artıq tutulduğu xəbərləri də gəlib. Atışma zamanı 1 nəfərin öldüyü bildirilir. Ölən şəxsin parlamentin mühafizəçilərindən biri olduğu söylənilir. Bundan başqa, terrorçular ayətullah Xomeyninin türbəsinə də atəş açıblar.
10:51
*****
İran parlamentində atışma olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində ən az iki nəfər güllə yarası alıb.
Yerli KİV-lərin məlumatına əsasən, parlamentdə bir neçə nəfər girov götürülüb.
Hazırda atışmanın getdiyi bildirilir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26