Interposta.Info

İcra başçısının müavini:

Müxtəlif
 12-04-2017, 19:16     535

“Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun hadisəsi tikinti normalarının pozulması nəticəsində baş verib”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hadisə yerində olan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev deyib.

O qeyd edib ki, tikinti yerində 6 nəfər fəhlə olub. Onlardan ikisi ölüb.

Qeyd edək ki, hadisə "Green City" yaşayış-istirahət kompleksinin həyətində qeydə alınıb. Burada tikilməkdə olan iaşə obyekti uçub. Nəticədə orada işləyən şəxslərdən azı 2 nəfəri ölüb, 4 nəfəri xəsarət alıb. Yaralılardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər isə xəstəxanalara yerləşdirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26