Interposta.Info

Aİ-92 yanacağının qalxmasına –

Müxtəlif
 13-01-2017, 15:26     1 001

Aİ-92 yanacağının qalxmasına –
Bizdə bu mövzu müzakirə edilməyib.

interposta.info xəbər verir ki, bu sözləri İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Aİ-92 benzininin qiymətinin qalxması ilə bağlı yayılan xəbərlər haqda Axar.az-a danışarkən deyib.

O, hazırda Aİ-92-nin qiymətinin qalxmasının gözlənilmədiyini bildirib:

“Tarif Şurasında Aİ-92 benzininin qiymətinin qalxması ilə bağlı müzakirə edilməyib. Hazırda bu məsələ gündəmimizdə deyil”.

Qeyd edək ki, Premium markalı yanacağın qiymətinin 95 qəpikdən 1,05 manata qalxmasından sonra sosial şəbəkələrdə və bəzi saytlarda Aİ-92 benzininin də qiymətinin qalxacağı barədə məlumat yayılır. Aİ-92 Azərbaycanda avtomobillərin ən çox istifadə etdiyi markadır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26