Cəmşid Naxçıvanski departament rəhbəri təyin olundu
Cəmşid Naxçıvanski İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) yeni vəzifəyə təyin olunub.
Goldmedia.az xəbər verir ki, C.Naxçıvanski bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bu gündən etibarən İRİA-da Rəqəmsal İnkişafın İdarəedilməsi Departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayıb.
Qeyd edək ki, Cəmşid Naxçıvanski son olaraq 2021-ci ilin sentyabrından 2026-cı ilin iyun ayınadək PAŞA Sığorta ASC-də İnformasiya Texnologiyaları və İnnovasiyalar Departamentinin rəhbəri vəzifəsində çalışıb.
Bundan əvvəl o, Elektron Hökumətin İnkişafı Mərkəzində Proqram Təminatının İnkişafı Departamentinin rəhbəri, eGov Həlləri Departamentinin rəhbəri və digər rəhbər vəzifələrdə fəaliyyət göstərib.
C.Naxçıvanski 2002-2006-cı illərdə Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə bakalavr təhsili alıb. O, Prezident təqaüdçüsü olub və universiteti fərqlənmə diplomu ilə bitirib. Daha sonra İstanbul Texniki Universitetində Kompüter Mühəndisliyi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




