Interposta.Info

Məşhur mahnının ilk ifaçısı kimdir -

Mədəniyyət
 10-06-2017, 22:46     1 348

Neçə müddətdir sosial şəbəkələrdə məşhur "Million, million alıx roz" mahnısının məşhur rus-sovet müğənnisi Alla Puqaçovaya deyil, iranlı müğənni Ququşa məxsus olduğunu əks etdirən videogörüntü yayılır.

Bildirilir ki, bu mahnını Alla Puqaçovadan 13 il əvvəl, 1969-cu ildə Ququş oxuyub.

Ququş əslən Şuşadan köçmüş azərbaycanlı atanın qızıdır və əsl adı Faiqə Atəşindir.

Bu məşhur mahnı isə sovet-latış bəstəkarı Raymond Paulsun adına çıxılrdı. R.Pauls bir ara Latviyanın mədəniyyət naziri də olub.

Bəzi mütəxssislər qeyd edirlər ki,ötən əsrin yetmişinci illərində Orta Şərqdə olduqca məşhur olan bu mahnının sovetdövlətində başqa bəstəkarın adına çıxılması və başqa müğənninin ifasında populyarlaçması SSRİ ilə ətraf dünya arasında çəkilmiş "dəmir pərdə" nəticəsində mümkün olub./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26