Interposta.Info

Erməni mahnısı Türkiyədə rekord qırır -

Ölkə
 29-04-2017, 16:27     717

Türkiyədə son vaxtlar erməni müğənni Super Sakonun "Mi Gna" mahnısı rekord qırır.

interposta.info
Baku.vs-yə istinadla xəbər verir ki, bu mahnının qardaş ölkədə bu qədər sevilməsi həmyerlilərimiz tərəfindən birmənalı qarşılanmır.

Demək olar ki, qardaş ölkədə gənclərin əksəriyyəti bu mahnını ifa edərək, sədaları altında rəqs edib İnstaqramda səhifələrində paylaşıblar. Bir müddət əvvəl isə Türkiyənin məşhur dəb verilişi - "İşte benim stilim"də iştirakçılar bu mahnının sədaları altında rəqs edib.

Məlumat üçün bildirək ki, məşhur türkiyəli müğənni Özcan Dəniz "İstanbullu gəlin" serialının kulisində bu mahnını ifa edərək video paylaşmışdı. Müğənninin bu hərəkəti ölkəmizdə kəskin etirazla qarşılanmışdı.

Xüsusilə vurğulamağa dəyər ki, erməni musiqiçinin ifa etdiyi bu mahnının "erməni milli musiqisi"nə heç bir aidiyyəti yoxdur. Mahnı sözləri ermənicə olsa da, musiqi bütünlüklə ərəb musiqi ladına məxsusdur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26