Interposta.Info

Məşhur azərbaycanlı müğənni:

Gündəm
 2-02-2017, 10:59     1 001

 Məşhur azərbaycanlı müğənni:
Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın 7 müsəlman ölkəsinə qoyduğu qadağaya əslən azərbaycanlı məşhur müğənni münasibət bildirib.

İstiPress “Euronews”a istinadən xəbər verir ki, Amerikada yaşayan azərbaycanlı müğənni Ququş telekanalının aparıcısının suallarını cavablandırıb.

Aparıcı Ququşa belə sual verib: "Sizin qrin kartınız var, Los Ancelesdə yaşayırsınız. Sabah ABŞ-a qayıdacaqsınız. Narahat olmurusunuz ki, ABŞ-a gələndə sizi tuta bilərlər?"

Müğənni bu cür hissləri 37 il əvvəl də hiss etdiyini deyib: "1987-ci ildə Londondan Tehrana qayıdanda problemlərlə üzləşdim. İslam rejimi hakimiyyətə gələndən sonra 21 il səhnəyə çıxa bilmədim. İndi isə ABŞ-a gələ bilmərəm. Çünki mən müsəlmanam. Bu məni narahat edir. Fərman imzalandığı gündən mən ikinci evimdən qovulduğumu düşündüm. Belə olacağı halda özümə yeni sığınacaq axtarmalı olacağam.”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26