Interposta.Info

Ququş Azərbaycana gələ bilməməsinin səbəbini izah etdi

Maqazin
 28-08-2017, 00:06     10 524

Azərbaycanın əfsanəvi müğənnilərindən biri, İslam inqilabından sonra İranı tərk etmiş pop-ulduz Ququş (Faiqə Atəşin) Bakıya baş çəkmək və Azərbaycanın paytaxtında böyük konsertlə çıxış etmək arzusunda olduğunu bildirib.

Bu haqda Virtualaz.org-a müğənninin Bakıdakı konsertinin təşəbbüskarlar və təşkilatçıları məlumat veriblər.

Nəşr bu məlumatı dəqiqləşdirmək üçün suallarla birbaşa hazırda Londonda yaşayan müğənninin özünə müraciət edib.

Xatırladaq ki, Ququş bir neçə həftə əvvəl öz İnstaqram səhifəsində bəyan edib ki, avqustun sonunda Yerevanda konsert verəcək. Öz statusunun altında o, “# finally – nəhayət və historyinthemaking - tarix yaradılır” heşteqlərini də qoyub. Yerevandan sonra Ququş Tbilisiyə yola düşməlidir.

Bir neçə tanınmış Azərbaycan biznesmeni isə Cənubi Qafqaz turnesi zamanı Bakıya baş çəkmək və Azərbaycanda solo proqramla çıxış etmək xahişi ilə müğənniyə müraciət edib.

Lakin Ququşun özünün bildirdiyi kimi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şəxsində ona rədd cavabı verilib və müğənninin Bakıda konserti qadağan olunub.

“Tədbirin təşkilatçıları mənə bildirdilər ki, Azərbaycanın mədəniyyət naziri Bakıda konsertin keçirilməsinə icazə verməyib, çünki mənim ərim erməni millətinin nümayəndəsidir. Amma axı mən azərbaycanlıyam?! Bundan başqa, musiqi və yaradıcılıq – millətçilikdən üstündür! Mən hiddətlənmişəm!”, - deyə Ququş bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26