Interposta.Info

BAKI TÜRK FİLMLƏRİ HƏFTƏSİ - FOTO

 

Maqazin
 14-12-2022, 14:46     882

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ve Bakı Yunus Əmrə İnstitutu təşkilatçılığı ilə 17-21 dekabr 2022-ci il tarixlərində Nizami Kinoda “Bakı Türk Filmləri Həftəsi” başlayır.

Bakı Türk Filmləri Həftəsinin açılışı 17 dekabr 2022-ci il tarixində rejissor Semih Kaplanoğlunun “Bağlılıq Hasan” filmi ilə keçiriləcək. 19 dekabr 2022-ci il tarixində Nizami Kinoda Semih Kaplanoğlunun master-klassı keçiriləcək və o, sektorun nümayəndələri ilə görüşəcək.

17-21 dekabr 2022-ci il tarixləri arasında “Bağlılıq Həsən”, “7-ci Koğuşda Möcüzə”, “Yaxşı ki varsan, Eren”, “Sədaqət-Müqəddəs Dava”, “Eşqin Ömrü”, “Ankara Yayı”, “Vida məktubu” və “Rafadan Tayfa-Göbeklitepe” filmləri pulsuz nümayiş olunacaq.

Aktyorlar İpek Tuzcuoğlu, İlker Aksum, Umut Karadağ, Didem Balçın, rejissorlar Mustafa Kara, Mehmet Altınal və Galip Günel universitetlərdəki söhbətlərə qatılacaq.

Bakı Türk Filmləri Həftəsində film nümayişləri ilə yanaşı, Türkiyədən gələn rejissorlar, aktyorlar və prodüserlər Azərbaycan kino sənətçiləri ilə görüşəcək, birgə çəkilişlərlə bağlı ikitərəfli danışıqlar və müsahibələr aparılacaq.

Türk filmlərini Azərbaycan kinosevərləri ilə bir araya gətirməyi qarşısına məqsəd qoyan Bakı Türk Filmləri Həftəsi Türkiyə-Azərbaycan kino sektorunun nümayəndələrini bir araya gətirmək, ortaq işlər görmək, Türkiyənin kino təcrübəsini Azərbaycana ötürmək, rejissorlar, aktyorlar və ssenaristlər arasında əlaqələr yaratmaq və iki ölkənin mədəniyyət sənayesinə töhfə vermək məqsədi daşıyır.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26