Interposta.Info

“Ona heç kəs ilişə bilməz” -

Maqazin
 5-12-2017, 13:19     10 553

“Dostum, rejissor Əhməd Əliyə minnətdaram. Əhməd mənə zəng etdi ki, Niyam bir mahnı oxumusan, ancaq “Youtube”da tapa bilmirəm. Mən də anlamırdım ki, hansı mahnını deyir. Cavab verdim ki, hələ mahnı işıq üzü görməyib. Dedi gəl ona bir klip çəkim də. Dedim, klipə hələ hazır deyiləm axı. Elə oldu ki, çəkiliş günü yağış yağdı. Buna görə də çöl çəkilişləri olmadı. Qapalı məkanda çəkməli olduq. Klip istədiyim kimi alındı, narazı deyiləm”.

Bu sözləri müğənni Niyam Səlami ARB Ulduz-un “Şou məkan” proqramına qonaq olarkən açıqlama verib.

Niyam, “Danışmadan keç” söylədin. Kimi görüb fikirləşdin ki, sən mütləq onun yanından danışmadan keçməlisən?

“Bunu heç vaxt deməmişəm. Ancaq deyim. Bir ilə yaxın olar ki, ayrıldığım xanımı gördüm. Pis oldum. O, məni görmədi. Ancaq mən onu gördüm. Avtomobili saxladım. Əhvalım çox pis idi. Öz lirik mahnılarıma qulaq asmağa başladım”.

Ayrıldığı həyat yoldaşını hər zaman qoruyacağını söyləyən müğənni heç kimin ona güldən ağır söz deyə bilməyəcəyini vurğuladı:

“Qoymaram onun ayağına daş dəysin. Bunu uzaqdan eşitsəm belə, izin vermərəm. Nə olsun həyat yoldaşım olub, ayrılmışıq. Öz qohumumdu axı. Mənim qohumuma kim nə deyə bilər, kim ilişə bilər ki? Xanımdı. Ona görə ona ehtiyatla yanaşmaq lazımdır. İndi eşitsəm ki, hansısa problemi var və mənim ona hansısa köməyim dəyə bilər, mən düşünmədən həmin köməyi edərəm”.

Niyam həddən artıq diqqətcil, emosional olduğu üçün, ətrafındakı olaylara reaksiya verdiyi üçün əziyyət çəkdiyini etiraf etdi:

“Ətrafımdakı hadisələrə reaksiya verməyim mənə çox əziyyət verir. Dostlarım mənə deyirlər ki, sən onun üzərinə niyə gedirsən ki? Niyə tələb edirsən ki, elə olma, belə ol?! Cavab verirəm ki, siz başa düşmürsüz ki, mən beləyəm. Mən onu görmüşəm, yaşamışam, istəmirəm ki, o da yaşasın, görsün”.

Ətrafındakı bəzi insanların dost olmayacağını dəqiq bilən müğənninin bu sınağından, deyəsən, bircə Səidə Sultan üzüağ çıxıb.

“Mən bəzi dostları vaxtında başqa cür görmüşəm. Onlara özüm kimi yanaşmışam. Elə insan var deyir ki, nə oldu, bir qabda yemək yeyirdiz? Onlara üzümü tutub deyirəm ki, ər-arvad da bir qazandan yemək yeyir, ancaq iş elə gətirir ki, on ildən sonra ayrılırlar. Bilmək olmur axı. Niyə mən Səidə Sultandan yapışmışam, Səidə də məndən yapışıb? Çünki mən ona təmiz qəlblə yanaşmışam, dost kimi yanaşmışam. Ona görə də ondan o enerjini alıram. Digər dostlarımdan bu enerjini almadım. Çoxları ilə gülmüşəm, danışmışam, ancaq o səmimiyyət olmayıb”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26