Interposta.Info

Məşhur rejissor Əməkdar artisti aldadıb? - “3 min pulumu alıb, geri qaytarmadı” - VİDEO

Maqazin
 27-10-2021, 21:19     177

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı Əməkdar artist Fərqanə Qasımova olub.

"İnterPosta" xəbər verir ki, Əməkdar artist tanınmış rejissor tərəfindən aldadıldığından danışıb:

"Bilidiyiniz kimi 2019-cu il Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilmişdi. Mən də ora bir töhvə etmək istədim. İmaməddin Nəsiminin "Məndə sığar iki cahan" qəzəlinə klip hazırlamaq istədim. Məni gənc bir rejissorla tanış etdilər. Dedilər çox istedadlıdır. İnandım. Klipi təqdim edəndə şok yaşadım. Heç mənim formatıma uyğun deyildi. Dedim ki, mən bu klipə yatırım etmişəm, onu mənə qaytarmalısız. Mən başqa klip çəkdirməliyəm. Mənə dedi ki, pulu qaytarmaqdan söhbət belə gedə bilməz. Hələ siz mənə əlavə də ödəniş etməlisiz. 3 min civarında məbləğ idi. Gördüm qaytarmaq fikri yoxdur. Dedim halal xoşun olsun. Daha sonra Təbrizdən Cəlil adında dostumuz pis olduğumu gördü. Mənə dedi ki, narahat olma, mən sənin üçün istədiyin klipi hazırlayacağam. Qısa müddətdə, kiçik bir heyətlə klipi hazırladı".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26