Interposta.Info

“Yuxusuna girdiyim şəxs mənə zəng edib borcumu bağladı” - Fərda Xudaverdiyev -

Maqazin
 21-09-2017, 18:34     10 415

“Gecə 2-nin yarsı zəng edib dedi ki, nə problemin var, de mənə”

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı aktyor Fərda Xudaverdiyev olub.

O, verilişdə başına gələn maraqlı hadisəni ilk dəfə "Səhər-Səhər"in efirində danışıb.

“Hazırda olduğum evi ipoteka ilə almışdım. 5 il işləmədim mən. Və axırıncı ayım idi. Axırıncı ayı da ödəyə bilmirdim. Cibimdə də 60-70 manat pul var. Saat 2-nin yarısı Moskva nömrəsi ilə zəng gəldi mənə. Salam qardaşım necəsən? Sağ ol, kimdir? Qaqaş. Dedim ki, Qaqaş kimdir? Dedi ki, bəs, 2-3 il bundan əvvəl sən mənim toyumu idarə eləmisən. Dedi ki, 1 həftədir ki, gecə-gündüz sən mənim yuxuma girirsən. Və hamıda deyir ki, ona kömək elə. Dedi ki, sənin nə problemin var? Dedim yox qardaşım, Allah razı olsun, heç nə yoxdur. Dedi ki, mən yata bilmirəm, 1 saata səni yenə yığacam. Nə problemin varsa de. Adboy verib, gəlib evin tinində oturub fikirləşirəm ki, yığım deyim? Mən bunun yuxusuna hardan girmişəm? İndi baxıram ki, qardaş yığmır. Bir də gördüm yığdı. Dedi ki, qardaş, de nə problemin varsa. Dedim qardaş, onsuz da bilirsən də problemim var. Məsələni başa saldım. Sabah artıqlaması ilə pulu göndərdi. Hələ cibxərcliyi də göndərdi. 1 həftə sonra Bakıya gəldi. Mənə dedi ki, sən nəsildən geri qalırsan. Bir şey elə. Nə də lazımdır qardaşın arxandadır. Həqiqətən də milyarder deyil. Moskvada kiçik bir biznesi var. Dedi borc verirəm mən sənə. Daha sonra işin tutar, qaytararsan. Dedim beynimdə heçnə yoxdur. Dedi ki, xahiş edirəm fikirləş. Daha sonra elə bu pavilyonda yığıb dedim ki, bu qədər lazımdır qardaş. Pulu da göndərdi. Ay yarıma-filan da bütün borclar bağlandı”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26