Interposta.Info

“Mənə dedi ki, get nə edirsən et” -

Maqazin
 2-11-2017, 14:57     9 854

interposta.info xəbər verir ki, "ARB Ulduz"un "Virtual həyat" verilişinin növbəti qonağı müğənni Samir Piriyev olub.

Müğənni, ilk olaraq Kamran Həsənli ilə aralarındakı mübahisədən danışıb:

“Mən hüquqi müstəvidə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Haqqımı tələb etmişəm. Kamran Həsənli tərəfindən aldadılmışam. O adam məni mahircəsinə aldadıb, tora salıb. 8-9 il bundan öncə evimi, avtomobilimi satıb ona 115 min pul vermişəm. Düzdür, Kamran həmin pulun bir qismini qaytarıb. Geyirə qalan 80 mini bu adam mənə vermir. Dedi get nə edirsən et. Mənim sənə verəcək pulum yoxdur”.

Hələlik geri qalan məbləği Kamran Həsənlidən ala bilməyən Samir Piriyev haqq-ədalətin bərpa olunacağına inanır:

“O pul mənim ailəmin ruzisidir. Mən qan-tərlə o pulu qəpik-qəpik yığıb ev almışdım. O da belə əldən çıxdı. Övladlarımın, ailəmin haqqını onda qoymayacam. Mən 5-6 ailəyə baxıram. Onların haqqını Kamrana yedizdirmərəm. Bu məsələdə öz haqqımı tələb edirəm. İnanıram ki, haqq-ədalət mənim tərəfimdə olacaq və düzgün qərar veriləcək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26