Interposta.Info

Əməkdar artist:

Mədəniyyət
 24-04-2017, 16:05     842

“Qorxudan səsimi boğurdum ki, qonşulara getməsin”

“Məni göstərərək dedi ki, bu da bizim kişidir”

ARB TV-nin “Ömrün fəsilləri” verilişinin növbəti qonağı əməkdar artist, xanəndə Sahibə Əhmədova olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən əməkdar artist, ilk olaraq ailəsindən söz açaraq, sənətinə qarşı olduqlarını bildirib:


“Evdə heç kəs razı deyildi. Mən evdə məşq edəndə qorxudan şfaneri açardım, səsimi orada boğardım ki, qonşulara getməsin. Qardaşım bilsəydi ki, mən oxuyuram, məni tikə-tikə doğruyardı. Rayon yerində qız nədir, oxudu nədir?”

O, daha sonra gözəl səsinin necə kəşf olunması haqqında danışıb:


“Əmim oğlu Sabirin yanında olduğuma görə məni buraxırdılar. Yəni ki, bu qıza zamin duran var. “Məhsul bayramı”nda çıxış elədik, rast ansamblı ayrı. Məni də saldılar çıxışa. Bir mahnını məşq edib getdik. Çox gəşəng də alındı. O vaxt tarzənimiz Ceyran Haşımova “Məhsul bayramı” ilə əlaqədar Ağcabədiyə gəlib, bütün kolxozlarda konsert təşkil etmişdi. O, məni komsomol rəhbəri vasitəsilə çağırmışdı. Ağcabədiyə getdim, səsimi yoxladı. Tarı hansı guşəsinə vurdusa, səsim ora da getdi. Dedi ki, sənin çox gözəl, məlahətli səsin var. Mənə dedi ki, gələrsən Bakıya, “Asəf Zeynallı”ya girərsən, orada Vasif müəllim sizi məmnuniyyətlə qəbul edəcək. Orada oxuyun və sənətinizin dalınca gedin. Mən çıxış edəndən sonra, Ceyran xanım məşq otağından aşağı düşüb dedi ki, bu nədir, başa düşmədim. Siz elan etdiz ki, oxuyur Sahibə Əhmədova, amma efirdən kişi səsi gəlir. Xosrov müəllim məni göstərərək qayıtdı ki, bu da bizim kişidir də. Dedi ki, maşallah, elə bil ki, 28 yaşında cavan oğlan səsidir”.

Əməkdar artist sonda “ərəbzəngi” adını ona hələ bu roldan qabaq verildiyini də qeyd edib:

“Mən o qədər oğlan xarakterli idim ki, dayımgil mənə ərəbzəngi deyərdilər. Mən heç ərəbzəngi nə olduğunu bilmirdim. Taleyin bir qisməti imiş bəlkədə ki, bu həyatda mənim bir obrazım olacaqmış”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26