Interposta.Info

Niyam Salami:

Maqazin
 4-04-2017, 07:26     657

Müğənni Niyam Salami “Dost olaq” adlı mahnısına çəkdirdiyi klipinə təqdimat mərasimi edib.

Musavat.com xəbər verir ki, media nümayəndələrini və şou əhlini bir araya yığan ifaçı Nurlan Təhməzli ilə duet şəklində səsləndirdiyi mahnının nümayiş etdirib.

Daha sonra müğənni ekran işi haqda fikirlərini bölüşüb: “Mahnı iran müğənnisi Şadmeriyə məxsusdur. Mən kimisə aldada bilmərəm. Başqa xalqılar bizim mahnımızı anonim kimi təqdim etsə də, mən bunu bacarmaram. Musiqisi xoşuma gəldiyi üçün Xuraman Vəfaya söz yazdırdım. Daha sonra qərara gəldim ki, klipə ekran həyatı verim. Klipi Elmar Məmmədov çəkib. Klipdə başqa görüntülər olmalı idi, amma tələsdim.ekran işini qısa zamanda çəkdirdim”.

İfaçı yeni işinin Tarkanla Kibariyənin klipinə bənzədilməsinə də münasibət bildirib: “Oxşaya bilər. Masa ətrafında oxuyan çox müğənnilər var. Mən də Nurlan başqa obrazda olmalı idik. Yaşar Cəlilovdan sonra ikinci kişi müğənni ilə duetimdir. Mən fonduma görə işlər görürəm. Pulum çox olsa, saysız işlər görərəm. Evimdə təmiri saxlayıb pulumu klipə xərclədim”.

N.Salami Rəhim Rəhimli ilə aralarında olan küsülülükdən danışıb: “Mən kiminsə haqda efirdə pis danışmaram. Rəhim mənim dostumdur, küsülü olsaq da, mən onunla dostam. Dalaşan ərəfədə insan aqressiv olur. O mənim sənət dostumdur. Biz onunla duz-çörək kəsmişik. Mən istəmərəm ki, onun ayağına daş dəysin. Maqazin verilişlərində onu-buna, bunu-ona yapışdırırlar. Mənə ayıbdır efirdə çıxıb, bu barədə danışmağım.
Hərənin öz bağlı qapısı var. Kiminləsə danışmıramsa mən onu icazə vermərəm ki, onu Biləcəridən o tərəfə əzsinlər. Çünki mən utanaram, 2-3 aydan sonra həmin adamla barışaram, mətbuat nümayandələri sual verər ki, bəz siz küsülü idiniz, bir-birinizi təhqir etdin, indi barışdınız? O zaman utanaram. Mən utanmaq istəmirəm".

Qeyd edək ki, müğənni Kərim Abbasov "ATV maqazin onlarla" verilişində Niyam Salaminin Aygün Kazımova və Röya Ayxanla arasını vuran ifaçının R.Rəhimli olduğunu bildirib: "Onlar çox yaxın dost olublar. Bağda ərik söhbəti. Niyam ad çəkmədi. Amma hamı bilir ki, söhbət kimdən gedir, kor-kor. Üzülürəm ki, belə bir qalmaqal yaşandı. Bir-birlərinin yanında ayıbları var, belə etməsinlər".

interposta.info

Niyam Salami:
Niyam Salami:
Niyam Salami:
Niyam Salami:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26