Interposta.Info

“Mən səhnəyə çıxanda güldülər” – Niyam Salami - VİDEO

Maqazin
 29-01-2018, 12:41     10 482

“ARB Ulduz”un “Şou-məkan” proqramında bu dəfə məşhurların toy macəralarından söz açılıb.

Dəvət olunduğu məclisi səhv salıb, “səhv düşəndə yerimiz”, deyən bəzi məşhurlar öz təbriklərini, ürək sözlərini çatdırıb, üstəlik bir ağız da oxuduqdan sonra başa düşürlər ki, bu məclis, o məclis deyil.

Nüşabə Ələsgərli: “Şairə Könül Nazimqızı var, məni məclisnə dəvət edib ki, təbrik edib gedim. Qaça-qaça şadlıq sarayının ikinci mərtəbəsinə çıxdım. Girdim içəri. Məclisdə İzzət Bağırov oxuyurdu. Dedim, sözü mənə ver, tez təbrik edim gedim. Görürəm ki, Könül gözümə dəymir. Oxudum, çıxdım. Bir də gördüm ki, İzzət və toy sahibi arxamca gəldi. Nüşabə xanım, sizi bura kim çağırıb, deyə soruşdular. Dedim, Könül Nazimqızı. Toy sahibi cavab verdi ki, bizdə elə bir adam yoxdur axı. Görürəm, telefonuma zəng gəlir Könüldən ki, Nüşab, sən hardasan? Cavab verdim ki, gəldim, girdim, oxudum da. Deyir, yox ey, biz aşağıda, birinci mərtəbədə toydayıq. Məclisləri səhv salmışdım”.

Rahidə Baxışova: “Deməli, bir dəfə məni toya çağırıblar. Dedilər kişi məclisidir. Getdim. Böyük bir zal idi. Bəylə gəlini də görmək mümkün deyildi. Deyirəm ki, mən bəylə gəlini ürəkdən təbrik edirəm, xoşbəxt olasız, oğullu-qızlı olasız. Gəlib mənə deyirlər ki, böyük toy deyil ey, kiçik toydur. Dedim vay, biabır oldum”.

Niyam Salami: “Masabəyi səhv salıb. Onun qulağına deyiblər ki, Niyaməddin müəllim gəlib. Bir də gördüm ki, məni şadlıq sarayında elə tərifləyir ki. Təqdimatdan bildim ki, mən deyiləm. Məni Niyaməddin Musayev zənn etdilər, əl çaldılar. Çıxdım səhnəyə, gördüm ki, camaat gülür”.

Samir Piriyev: “Toyda bəyin atasına söz verildi. Çevrilib musiqiçilərə deyir ki, indi isə sözü verirəm, xanımlardan və bəylərdən ibarət musiqiçilərimizə. Axırda demişəm ki, ağsaqqal, burda xanım yoxdur ey, hamısı kişidir”.

Emil Bədəlov: “Toya yarım saatlıq dəvət olunduğum zaman qulağıma deyiblər ki, Cavanşiri təbrik et. Mən də elə bildim ki, Cavanşir bəydir. Cavanşir bəy, Cavanşir bəy, deyə tez-tez adını çəkirəm. Gördüm ki, məclisdəkilərin mənə qarşı reaksiyası pisdir. Sən demə, Cavanşir gəlin imiş.

İlanın sevmədiyi bitki yarpızdr, o da gəlib onun yuvasının önündə bitir”, misalı indi öz toy macəralarını danışan müğənnilərin düşdüyü vəziyyəti tam ifadə edir, desək yalan olmaz.

Kərim Abbasov: “Mənim ən sevmədiyim bürc əqrəbdir. Bir gün toya tələsirik. Birdən mənə zəng gəldi ki, musiqiçilərdən birinin maşını xarab olub, get onu da götür. Sahil metrosunun qabağında mindirdim avtomobilə. Gəlib Hökumət evinin yanına çatanda, soruşdum ki, sənin bürcün nədir? Cavab verdi ki, əqrəb. Həmin dəqiqə maşını saxladım. Dedi ki, nə oldu? Dedim, aç qapını, düş bayıra. Mən nə etdim ki, sənə deyə təəccübləndi. Dedim, qaqaş düş bayıra”.

Elariz Məmmədoğlu: “Bu yaxınlarda populyar, ancaq çox naşı bir müğənni toy idarə edirdi. Məni də həmin məclisə yarım saatlıq dəvət etmişdilər. Çıxışım saat 10-da idi. Bu da mikrofonu əlindən vermək istəmir. Nə isə, bu gedişlə saat oldu 10:30. Əsəbiləşdim, zaldan çıxdım ki, gedirəm. Ev yiyəsi gəldi, qolumdan tutdu, içəri apardı. Onu saxladılar və sözü mənə verdilər, oxudum. Başqa bir müğənni gələndə mən estafeti ötürdüm ona. Sən əgər toyu apara bilmirsən, gəl öyrədim də”.

Nazənin: “Elə olub ki, gedəcəyim toy yadımdan çıxıb. Nə yaxşı ki, zəng vurublar. Elə vaxt olub ki, gözəllik salonları bağlı olub, gedə bilməmişik. Tez saçımı yığıb, parikimi qoyub, məclisə getmişəm ki, insanlar məni yaxşı görkəmdə görsünlər”.

Roza Zərgərli: “Paltarımın bir yeri partladı. Məcbur oldum ki, kürk geyinim. Toyun yarısını elə kürkdə ola-ola idarə etdim”.

Çinarə Məlikzadə: “Bir dəfə toya getmişik. Bizdən öncə bir müğənni oxudu, onu qovdular ki, bu, nə mahnıdır? Biz də qorxumuzdan dedik ki, elə mahnı oxuyaq, bizi də qovmasınlar. Çıxdıq getdik. Bir də gördük arxamızca gəliblər ki, siz hara gedirsiz? Sizə demirik, onu qovduq. Axırda gedib mahnılarımızı oxumuşuq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26